AZ

AFFA rəsmisi “Fənərbaxça”nın oyununda

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Avropa Liqasının “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) oyununda iş başında olacaq.

Təmsilçimiz VII tur çərçivəsində keçiriləcək görüşdə Matç direktoru (UEFA Venue Director) vəzifəsini yerinə yetirəcək. Bu qarşılaşma yanvarın 23-də baş tutacaq.

Qeyd edək ki, görüş İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.

İdman.biz

Seçilən
6
31
idman.biz

10Mənbələr