Təcrübəli mütəxəssis yenilər haqda danışarkən belə demişdi:
“Fikirləşirəm ki, bu uşaqlar birmənalı şəkildə kömək edəcəklər. Həm Rəhim, həm də Orxan kollektivə tez uyğunlaşa bilən futbolçulardı. Bu da olduqca vacib bir məqamdı. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar”.
Berdıyevin yenilər haqda danışarkən Anton Kraçkovskinin adını çəkməməsi “Football-plus.az”ın diqqətini cəlb edib. Bəlkə o heç toplanışda yoxdu? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:
“Anton Kraçkovski hər iki yoldaşlıq oyununda iştirak edib. Klub rəsmən futbolçunun keçidini açıqlayıb”.
ƏSƏD SEYİDOV