AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Avropa Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elçin Məmmədov Avropa Liqasının Liqa mərhələnin 7-ci turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Olimpik” (Lion, Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.