Baş Prokurorluq əcnəbi vətəndaşın ölümünə dair məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, yanvarın 13-də saat 8 radələrində Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bundan əvvəl Abşeronda Pakistan vətəndaşının bədbəxt hadisə nəticəsində öldüyü bildirilmişdi.
Telegram kanalımız