AZ

AFFA rəsmisi “Fənərbaxça”nın matçına təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Medianews.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Seçilən
6
28
medianews.az

10Mənbələr