AZ

"Amoris" işçilər axtarır - VAKANSİYALAR

Amoris

Maliyyə meneceri

Son tarix 13 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotu siyasətləri və prosedurların (Accounting Policies&Procedures) hazırlanması;
  • Bizneslərin diaqnostika olunması və biznes proseslərinin hazırlanması;
  • Səlahiyyət matrisalarının hazırlanması;
  • Master dataların hazırlanması;
  • Mühasibat yazılışlarının nəzarət olunması;
  • Dövriyyə qalıq, PNL, Balance sheet, Cash Flow hesabatlarını GL (general ledger) üzərindən İFRS prinsip və tələblərini rəhbər tutaraq hazırlamaq bacarığı;
  • Accounts Receivable Aging və Accounts Payable Aging hesabatlarının hazırlanması;
  • Aylıq olaraq Conspack (Consolidation Package) hazırlanması;
  • Layihələrin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək məqsədi ilə Feasibility-lərin hazırlanması;
  • Büdcə, maliyyə planlamaları və forecastların hazırlanması;
  • Gündəlik, aylıq, rüblük və illik mangment hesabatlarının hazırlanması;
  • Maliyyə məlumatlarının toplanması və təhlil edilməsi;
  • Şirkətin ERP-sinin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;

Tələblər

  • Təhsil: Ali təhsil (Maliyyə, İtqisadiyyat, Mühasibat uçotu və audit sahəsindən məzun olmalıdır)
  • İş təcrübəsi:  Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (xüsusilə istehsalat müəssisəsində)
  • Seritikat: ACCA (F7) mütləqdir
  • Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (yaxşı),
  • Digər səriştələr: Mühasibat və ERP proqramları üzrə təcrübəyə malik olmalı. Excel, Word, Outlook (çox yaxşı) və  MS Power BI bilməsi arzuolunandır.

İş şəraiti

  • 6 günlük iş qrafiki
  • Qidalanma şirkət tərəfindən qarşılanır
  • Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
  • Əmək haqqı razılaşma yolu ilə

 

İcraçı Direktor (Qusar rayonu üzrə)

 Son tarix 13 fev 2025 [email protected]

Vəzifə öhdəlikləri

  • Loqistika Mərkəzinin fəaliyyətinin təşkilini həyata keçirilməsi: məhsulların yerləşdirilməsinin planlaşdırılması, saxlama proseslərinin koordinasiyası və optimallaşdırılması;
  • Loqistika Mərkəzinin proseslərinin (maddi-texniki ehtiyatların və məhsulların anbarlara qəbulu, yükləmə-boşaltma işlərinin aparılması, ehtiyatların və məhsulların qəbulu və anbarlara verilməsi, onların anbarlarda saxlanması üçün zəruri rejim və şəraitin təmin edilməsi) təşkili və idarə olunması;
  • Likvid olmayan aktivləri minimum səviyyəyə çatdırılması və bu istiqamətdə tədbirlərin işlənib hazırlanması;
  • Məhsulların saxlanması ilə əlaqədar tələb olunan rejimlərə və saxlama şərtlərinə nəzarət edilməsi;
  • Loqistika Mərkəzinin büdcəsinin hazırlanması və onun icrasının təmin olunması;
  • İşçi heyətinin idarə olunması, vəzifə və məsuliyyət bölgüsü matrisalarının hazırlanması və iş bölgülərinin aparılması;
  • İşçi heyətinin qiymətləndirilməsinin aparılması;
  • Mal material ehtiyatların saxlanması ilə əlaqədar xərcləri (enerji təchizatı, təmir, inventor, itqilər vəs.) optimallaşdıraraq nəzarət edilməsi;

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
  • Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
  • Anbar hesabatları ilə işləməyi bilməlidir
  • 1C proqramında sərbəst işləmək bacarığı
  • Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
  • İdarəetmə bacarığı

İş şəraiti

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri Qusar, Ləgər Qışlaq
  • Əmək haqqı razılaşma yolu ilə
Seçilən
11
27
fed.az

10Mənbələr