“Rusiya, Çin, İran və Şimali Koreya dünyada təhlükəsizliyə təhdiddir”.
“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Avropa Parlamentindəki ilk çıxışı zamanı deyib.
“Biz müharibədə deyilik, lakin sülh içində də deyilik. Biz xalqlarımızı və Avropa həyat tərzini necə qoruyacağımızı bilirik və indi sadəcə bunu etməliyik”, - Rütte bildirib.
Alyansın baş katibi Ukrayna ilə bağlı bildirib ki, Avropanın gələcəyi müharibənin nəticəsindən asılıdır:
“Biz orada dayanıqlı sülh istəyirik. Moskva məqsədlərinə çatsa, sülh mümkün olmayacaq. Məhz bu səbəbdən Aİ-nin Ukraynaya dəstəyi çox vacibdir. Bəlkə də indi güvəndəyik, beş ildən sonra belə olmaya da bilər”.