Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri İsrailin Tel-Əvivdəki obyektinə hipersonik ballistik raket atıb.
APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.
"Yəmən Ordusunun Artilleriya Qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin kritik hədəfinə "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - Saria bildirib.
Bəyanat husilərə məxsus “Al-Masirah” telekanalı tərəfindən yayımlanıb.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin zərərsizləşdirildiyini açıqlamışdı.
Ordunun mətbuat xidməti bildirib ki, raket İsrailin hava məkanına daxil olmamışdan əvvəl ələ keçirilib.