AZ

KXDR Yapon dənizi istiqamətində raketlər buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru qısa mənzilli ballistik raketlər buraxıb.

“Far.Az” xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Qeyd olunub ki, silahlı qüvvələr əlavə atışlar üçün nəzarəti artırıb, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi aparmaq məqsədilə tam hazır vəziyyətdə gətirilib.

Cənubi Koreyanın hesablamalarına görə, raketlər təxminən 250 km uçub və Yapon dənizinə düşüb.

Bu, Şimali Koreyanın cari ildə ikinci raket sınağıdır.

Qeyd edək ki, 6 yanvar tarixində Şimali Koreya şərq suları istiqamətində ortamənzilli ballistik raket buraxıb.

Seçilən
7
1
far.az

10Mənbələr