Krasnoarmeysk (Pokrovsk) şəhərinin rus qoşunları tərəfindən tutulması Ukraynanın müdafiəsini xeyli zəiflədir və bu, Dnepropetrovsk vilayətinə yol açır. "Gazeta"nın yaydığı məlumata görə, bunu N-TV-yə müsahibəsində Avstriya ordusunun polkovniki Markus Raysner deyib.
Onun sözlərinə görə, Ukrayna müdafiəsinin üçüncü eşalonu olan Pokrovskdan qərbdə müdafiə xəttində olan dağılma Rusiya qoşunlarının Dnepropetrovsk istiqamətində maneəsiz irəliləməsi ehtimalını xeyli artırıb.
Raysner vurğulayıb ki, Pokrovskdan qərbdə müdafiə istehkamlarının zəif olması Ukrayna Silahlı Qüvvələri üçün ciddi təhlükə yaradır: "Rusiya qoşunları artıq Dnepropetrovsk vilayətinin sərhədindən qısa məsafədədir və Ukrayna qüvvələrinin hücumu effektiv şəkildə dəf etmək imkanları məhduddur".
O, Ukrayna hərbçilərinin cəbhənin bu hissəsinin kifayət qədər möhkəmləndirilməməsi ilə bağlı dəfələrlə verdiyi bəyanatlara diqqət çəkib. Beləliklə, Krasnoarmeyskin ələ keçirilməsi Ukrayna ordusu üçün vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsindən xəbər verən hərbi əməliyyatların gedişində dönüş nöqtəsi ola bilər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural