AZ

Tesla ilk dəfə Audi-ni geridə qoyub

Tesla şirkəti 2024-cü ildə ilk dəfə Almaniyanın məşhur premium markası Audi-ni qlobal satışlarda geridə qoydu. Tesla 1,79 milyon avtomobil sataraq Audi-nin 1,67 milyonluq göstəricisini keçdi. Audi-nin satışları 12% azalıb, xüsusən də elektrik modellərinə tələbat zəifləyib.

BYD Tesla-nı geridə qoyaraq elektrikli avtomobil bazarı lideri oldu

FED.az xəbər verir ki, Tesla-nın Model Y modeli dünya üzrə ən çox satılan avtomobillərdən biri olaraq şirkətə üstünlük qazandırıb. Bununla yanaşı, Tesla BYD ilə rəqabətdə liderliyini qoruyub. Alman avtomobil istehsalçıları isə Çində zəif tələbat və subsidiyaların azalması ilə çətinliklərlə üzləşiblər.

Audi elektrik avtomobillərinin satışında 8% azalma ilə üzləşib və zəif tələbat səbəbilə bəzi zavodlarını bağlamağı planlaşdırır. Şirkət yeni modellər və yenilənmiş avtomobillərlə bazar mövqeyini gücləndirməyə çalışır.

Seçilən
19
24
fed.az

10Mənbələr