AZ

İrəvan Tramp administrasiyasından nə istəyir...

Xəbər verdiyimiz kimi, Vaşinqtonda işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün dövlət katibi Antoni Blinkenlı Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənədi imzalayacaq.

Modern.az xəbər verir ki, siyasi ekspert Elxan Şahinoğlu məsələni qısa şərh edib.

“Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla belə bir sənəd imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq təcrübə göstərib ki, Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.

Xatırladaq ki, yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçirləcək. Bir gün sonra o, ABŞ prezidenti kimi işə başlayacaq.

Seçilən
10
modern.az

1Mənbələr