AZ

“Yaprak Dökümü”nün sevilən aktrisası vəfat etdi

Türkiyənin tanınmış aktrisası Bedia Ener 70 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki,  məlumat  aktrisanın sosial media hesabından paylaşılaraq təsdiqlənib. Mesajda, "Mən artıq mələk oldum. Sağ olun" ifadəsi diqqət çəkib.

Qeyd edək ki, Bedia Ener televiziya izləyicilərinin yaddaşında "Yaprak dökümü" serialında yaratdığı "Neyyir" obrazı ilə dərin iz buraxıb. Onun son ekran işi isə "Duy beni" serialı olub.


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr