AZ

Cənubi Qafqazın GƏLƏCƏK TALEYİ: Tramp-Putin görüşündən GÖZLƏNTİLƏR – FOTO

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün hazırlıqlarına başlanılıb. Bu barədə mediaya açıqlamasında Ağ Evin yeni sahibinin milli təhlükəsizlik müşaviri Mayk Vals bildirib. O, görüşün tarixi və yerinin hələlik açıqlanmadığını, lakin tərəflər arasında əməkdaşlıq və mövcud beynəlxalq məsələlərin müzakirə ediləcəyini qeyd edib.

Tramp və Putin arasında keçiriləcək bu görüş, dünya miqyasında böyük diqqət mərkəzindədir. Maraqlıdır, bu görüşdə liderlər əsasən nələri müzakirə edəcəklər? Dünyanın gələcək taleyi ilə bağlı hansı qərarların qəbulu gözlənilir? Bu görüşün, orada qəbul ediləcək qərarların, əldə ediləcək razılığın Azərbaycan üçün əhəmiyyəti nədən ibarət ola bilər?

Cənubi Qafqazın GƏLƏCƏK TALEYİ: <span style=color:red>Tramp-Putin görüşündən GÖZLƏNTİLƏR - FOTO

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ-nin yeni Prezidenti D.Trampın  andiçmə mərasimi yaxınlaşdıqca onunla Rusiya Prezidenti V.Putin arasında keçiriləcək görüşə dair müzakirələr də intensivləşib.

Cənubi Qafqazın GƏLƏCƏK TALEYİ: <span style=color:red>Tramp-Putin görüşündən GÖZLƏNTİLƏR - FOTO

Onun sözlərinə görə, dünya ictimaiyyəti və mütəxəssislər bu görüşü səbirsizliklə gözləyirlər: “Gözlənilir ki, iki qlobal dövlətin görüşü hazırda mövcud olan bir sıra problemin həlinə, aradan qalxmasına yardım edəcək və bəşəriyyət Üçüncü Dünya müharibəsindən bir qədər uzaqlaşacaq. Amma bu görüşdən yüksək nəticə gözləyənlərin əleyhinə olan fikirlər də mövcuddur. Tramp-Putin görüşü ilk növbədə Rusiua-Ukrayna müharibəsində atəşkəsin əldə olunması və danışıqlar prosesinin başlanması baxımdan intizarla gözlənilir. Tramp seçkiqabağı kampaniya zamanı hazırda dünyada baş verən müharibələrə, o cümlədən Rusiya-Ukrayna savaşına son verəcəyi barədə seçicilərinə və dünya ictimaiyyətinə vəd vermişdi. O, hətta bir qədər də irəli gedərək Rusiya-Ukrayna müharibəsini 1 günə, hətta bir telefon zəngi ilə dayandıracağına söz vermişdi. Amma prezident seçiləndən və münaqişə ilə daha yaxından tanış olduqdan sonra onun bu barədə fikri bir qədər dəyişmiş kim görünür. İndi Tramp və onun ətrafındakılar bu müharibəni bir günə bitirmək barədə vədlərini sanki unudublar. Artıq söhbət 3 və 6 aylıq bir zamandan gedir. Yəni, Tramp hələ Putinlə görüşmədən Rusiya-Ukrayna müharibəsinin həll edilməsi müddətini uzatdı. Bu səbəbdən onun seçkiqabağı kampaniya dövründə verdiyi söz elə vəd olaraq qalacaq kimi görünür”.

Cənubi Qafqazın GƏLƏCƏK TALEYİ: <span style=color:red>Tramp-Putin görüşündən GÖZLƏNTİLƏR - FOTO

Politoloq söyləyib ki, V.Putin danışıqlarda irəli sürəcəyi müddəaları bir daha bəyan edib: “Bunlar elə Ukrayna ilə müharibəyə gətirib çıxaran müddəalardır. Dəyişən heç nə yoxdur. Kreml sahibi Trampla görüş zamanı da bu tələblərdən geri çəkilməyəcəyini bildirir. Digər tərəfdən, getməkdə olan Bayden administrasiyası Rusiyaya qarşı həm sanksiyaları artırır, həm də Ukraynanı daha ciddi dəstəkləməkdə davam edir. Belə olan surətdə uzun zaman müzakirə obyekti olan bu görüşdən nə isə gözləmək müəyyən suallar doğurur. Düşünürəm ki, Tramp Rusiya-Ukrayna müharibəsini bitirə biləcəyinin anonsunu verməklə bu mövzu ətrafında bir qədər ajiotaj yaratmaq istəmişdi. Buna nail oldu. Sonrası isə naməlumdur. Bu baxımdan, haqqında danışılan görüş baş tutduqdan sonra Trampa ünvanlanan suallar daha çox olacaq, nəinki indi. Yeni seçilən prezident elə indidən bu sualları cavablandırmaq üçün hazırlaşmalıdır. Trampla Putin arasında keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq əsas məsələ Rusiya-Ukrayna müharibəsi hesab olunur. Digər qlobal məsələlərin hamısı demək olar ki, bu problemin müzakirəsi ilə bağlıdır. Əgər bu müzakirələrdə müəyyən irəliləyiş əldə olunarsa, düşünürəm ki, digər müharibələrə də bunun müsbət təsiri dəyəcək”.

Cənubi Qafqazın GƏLƏCƏK TALEYİ: <span style=color:red>Tramp-Putin görüşündən GÖZLƏNTİLƏR - FOTO

Ə.İbrahimov Tramp-Putin görüşünün nəticələrinin Azərbaycan üçün əhəmiyyətinin olub-olmamasını da şərh edib: “Azərbaycan tərəfi Rusiya ilə Ukrayna arasında müharibənin mümkün qədər tez bitməsində maraqlıdır. Çünki biz həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərdə olan dövlətik. Onların arasında olan qarşıdurma birbaşa olmasa da dolayısı yolla bizə də təsir edir. Xüsusən qonşudakı müharibə heç bir dövlətə yaxşı vədlər vermir. Tramp-Putin görüşündə Cənubi Qafqaz barədə hər hansı bir qərarın qəbul ediləcəyi gözləntilər içində deyil. Ümumiyyətlə, Trampın bizim regiona ciddi diqqət yetirməyəcəyi verilən proqnozlar içindədir. Bunun Azərbaycan üçün müəyyən üstünlükləri var. Çünki regiona ABŞ prezidentləri adətən erməni lobbisi prizmasından baxırlar ki, bu da bizi heç zaman qane edə bilməz. Amma istənilən halda iki liderin nəzərdə tutulan görüşü Azərbaycanda da diqqətlə izlənilir”.

Ərtürk İSMAYIL

Seçilən
11
50
medianews.az

10Mənbələr