AZ

“Karnaval” adlı musiqi ilə rənglərin harmoniya sərgisi keçirilib – MÜSAHİBƏ

“Musiqi ruhu canlandırır, rəsm isə onu vizual şəkildə ifadə edir”. Elə bunu əsas tutaraq  Müasir İnnovasiyalar liseyinin rəsm müəlliməsi Surə İbrahimova və piano müəlliməsi Nailə İsmayılovanın şagirdləri ilə  birgə hazırladıqları Karnaval adlı musiqili rəsm sərgisini təqdim ediblər.

Bu sərgi, musiqi və rəsm arasındakı sərhədləri aradan qaldıraraq iki fərqli sənət növünün harmoniyasını birləşdirdi. Sərginin açılışı maraqla qarşılanıb. Belə ki, sərgidə iştirak edən şagirdlər disney personajlarını yeni il obrazında canlandırıblar. Burada məqsəd şagirdlərin istedadlarını üzə çıxartmaqdır. Onlar heç bir əsəri təkrarlamadan,yaratdıqları xüsusi obrazlarla əl işlərini nümayiş etdiriblər.

Onu da qeyd edək ki,sərgidə Milli Qəhrəmanımız,şəhid Samid İmanovun övladları da iştirak edib.

image-resim-dogru

Nümayiş əsnasında şagirdlərinin sevimlisi olan,onlara incəsənəti daha da sevdirən Surə müəllimə öz təssüratlarını bizimlə bölüşdü.

O bildirdi ki, 11 ildir təsviri incəsənət müəlliməsi işləyir. “ Bu sərgidə Müasir İnnovasiyalar liseyində oxuyan şagirdlərim iştirak etdilər. Bu, təşkil etdiyim sayca 4cü sərgidi. Birinci sərgi “İlham, ümid, inam”, ikinci sərgi “Öz nağıl qəhrəmanını yarad”, üçüncü sərgi Qobustana aid böyük bir layihə idi “Qobustan uşaqların gözü ilə”. Bu isə dördüncü “Karnaval” adlı sərgidir. Nailə xanım ilə birgə təşkil etdik, onun tələbələri  pianoda ifa edirdilər, mənim şagirdlərim isə o musiqilərin personajlarının rəsmini çəkmişdilər.Bu layihə fərqli idi. Musiqili rəsm sərgisi idi. Çox gözəl keçdi. 18 şagirdim iştirak etmişdi. Mən öz şagirdlərim ilə fəxr edirəm və bu uğuru ilə onları bir daha təbrik edirəm”.
image-3
image-5
image-1
Onu da qeyd edək ki, Surə İbrahimova eyni zamanda Dünya məktəbində də,  gənc rəssamlar yetişdirməklə fəaliyyətini davam etdirir.
Bu sərginin digər sərgilərdən əsas fərqli cəhəti ondan ibarət idi ki, ziyarətçilər həm musiqi dinləyərək, həm də rəsm əsərlərinə baxaraq, hər iki sənət formasının bir-birini necə tamamladığını hiss edə bildilər.
image-pianino-dogru2
Gənc olmasına baxmayaraq uğurları və istedadlı şagirdləri ilə  fərqli layihələrdə çıxış edən piano müəlliməsi Nailə İsmayılova sərgi ilə bağlı düşüncələrini bizimlə paylaşdı :

“Uşaqları ve piano dərslərimi çox sevirəm,həvəslə gedib uşaqlarıma əsərlər öyrətməkdən zövq alıram. Uşaqlıqdan özümə söz vermişəm ki,tanınan,savadlı müəllimələrdən olacam. Uşaqlar məni ve dərslərimi sevəcək. Həqiqətən də arzularım reallaşır,uşaqlar məni çox istəyir və dərslərimə sevə-sevə gəlirlər.

Onu da qeyd edim ki.mən xususi qayğıya ehtiyacı olan uşaqlara da  “Musiqili Terapiyali” dərslər keçirəm çünki ikinci sənətim Pedaqoq psixoloqdu.Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışmaq,onların sevgisini qazanmaq mənə çox xoşdur.
Bu möhtəşəm tədbirə gəldikdə isə, “Karnaval” adlı musiqili sərgidə  şagirdlərim fortepianoda Cizgi filimlərindən olan mahnılar ifa etdilər. İfa olunan əsərlər uşaqlar tərəfindən yetəri qədər sevilən və tanınan personajların  mahnılarıdır. Onlardan  “Rapunzel” ,“Barbie girl” ,“Nu Pogodi” ,“Mickey Mouse” ve digərlərinin adlarını qeyd edə bilərəm”.
image-7
image-2-nuellim
image-pianino1
image-2
Tədbirin sonunda isə şagirdlər sertifikatla mükafatlandırıldı və onlara hədiyyələr təqdim olundu.
image-kollektiv
Onu da qeyd edək ki, uzun zaman yaddaşlardan silinməyəcək bu sərgi Seabrez-də yerləşən Nine Sense art center-də keçirilb. Nine Sense Art Center bir çox tədbir və sərgilərə ev sahibliyi etməkdədir.
image-ninesize
Musiqi və rəsm bir-birini tamamlayaraq yeni bir sənət dünyası yaradarkən, bu sərgi həm də yaradıcılığın sərhədlərini aşır. İncəsənətin hər iki sahəsinin bir arada təqdim edilməsi, ziyarətçilərə daha fərqli bir sənət təcrübəsi yaşatdı.
Belə gözəl hissləri yaşatdıqlarına görə Doğru.az olaraq Müasir İnnovasiyalar liseyinin rəsm müəlliməsi Surə İbrahimovaya eyni zamanda  piano müəlliməsi Nailə İsmayılova və şagirdlərinə  minnətdarlığımızı bildirir,  uğurlar arzu edirik.
DOĞRU.AZ   “Zeynəb ABBASOVA”
Seçilən
5
2
dogru.az

3Mənbələr