Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə müsabiqə üçün sənəd qəbuluna başlanılır.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər yanvarın 31-dək müvafiq sənədlərini Şəhər və ya Rayon Təhsil şöbələrinə təqdim edə bilərlər. Ümumi orta təhsilli (əmək stajına tələb qoyulmadan) hər bir namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
Müsabiqə laborant vəzifəsi üzrə yalnız test mərhələsindən, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə isə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.