AZ

Bu ölkədə məktəbdə telefondan istifadə qadağan olundu

Braziliyadaorta məktəblərdə mobil telefonlardan istifadə qadağan edilir.

Teleqraf.com xəbər verir ki, sözügedən qadağa ilə bağlı qanun ölkə prezidenti Lula da Silva tərəfindən təsdiqlənib.

Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də fasilələrdə telefondan istifadəyə icazə verilməyəcək.

Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.

Braziliya lideri məsələ ilə bağlı açıqlamasında bu qərarın zəruri olduğunu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyini bildirib.

Lula da Silva vəzifəyə gəldiyi gündən etibarən keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və telefonların diqqəti yayındırdığını vurğulayıb.

Qeyd edək ki, qanun layihəsi ötən il dekabrın 20-dəKonqres tərəfindən qəbul olunub.

Aparılan sorğulara əsasən, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
4
1
teleqraf.com

10Mənbələr