AZ

İspaniya Kral Futbol Federasiyası “Real Madrid”in apellyasiya şikayətini rədd edib

Bakı, 14 yanvar, AZƏRTAC

İspaniya Kral Futbol Federasiyası “Real Madrid” klubunun apellyasiya şikayətini rədd edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. La Liqa təmsilçisinin Vinisius Juniorun cəzası ilə bağlı şikayəti təmin olunmayıb.Qurum tərəfindən qoyulan iki oyunluq diskvalifikasiyası qüvvədə qalıb.

Qeyd edək ki, İspaniya La Liqasının XII turunun "Valensiya" ilə keçirilən oyununda (2:1) rəqib qapıçı Stole Dmitrievskini itələdiyi üçün qırmızı vərəqə alan Vinisius iki matçlıq cəzalanıb. O, “Las Palmas” və “Valyadolid”lə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

Seçilən
2
1
azertag.az

5Mənbələr