AZ

Paşinyan bu tarixdə istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək.

Söz.az "news.am"-a istinadən xəbər verir ki, bu sözləri Paşinyanın keçmiş müttəfiqi, deputat Ovik Ağazaryan deyib.

O, bunu ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırması ilə əlaqələndirib.

Qeyd olunub ki, ötən ilin sonuna qədər hakim komandanın tərkibində olan və ən yüksək dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, hazırkı xarici siyasət hadisələri vaxtından əvvəl seçkilərin hakimiyyətin maraqlarına uyğun şərait yaradır. 

Onun sözlərinə görə, indi Paşinyanın yenidən etimad mandatı almaq və planlarını irəli sürmək şansı daha çoxdur.

“Bu hadisələr var, təkcə onlar deyil. Növbədənkənar seçkilərin keçirilməsinin başqa səbəbləri də var”, - deyə Ağazaryan vurğulayıb.


Seçilən
36
42
soz.az

10Mənbələr