AZ

“Növbədənkənar parlament seçkiləri keçirilməyəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.

Paşinyan qeyd edib ki, növbədənkənar seçki mövzusu mütəmadi olaraq müzakirə olunur, lakin hazırda bu, hakimiyyətin planlarına daxil edilməyib:

“Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq”.

Seçilən
45
32
operativmm.az

10Mənbələr