AZ

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb

Bakı. Trend:

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyinedilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad,ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçkiiştirakçılarının maarifləndirilməsi məqsədilə müxtəlif istiqamətlərüzrə layihələr davam etdirilməkdədir.

Trend xəbər verir ki, genişmiqyaslı proqrama uyğun olaraq,Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgəlayihəsi çərçivəsində regional seminar-müşavirələrə start verilibvə ilk tədbir Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyitəmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı şəhər Baş Polisİdarəsində təşkil olunub.

Polisin xidməti fəaliyyətinə həsr edilən sözügedən layihəbələdiyyə seçkiləri keçirilən seçki dairələri dairə seçkikomissiyalarının sədrlərini və polis orqanlarının nümayəndələriniəhatə edir.

Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının üzvləri,Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyininaidiyyəti qurumlarının nümayəndələrinin təqdimatında bələdiyyəseçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, ocümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polisəməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol vəvəzifələrinə dair çıxışlar dinləniləcək, fikir mübadiləsi vəmüzakirələr aparılacaq.

Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihənövbəti mərhələdə yanvarın 16-da Gəncədə, yanvarın 17-də Şəkidə,yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrədairə seçki komissiyalarının sədrləri və polis orqanlarınümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Məlumat üçün qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri iləəlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə“Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb vəaidiyyəti üzrə çatdırılıb.

Seçilən
8
13
az.trend.az

10Mənbələr