AZ

"14 milyon suriyalı ölkələrinə dönəcək"

Suriyada yeni lideri Əhməd Şara, rejimin devrilməsi ilə ölkəyə dönüşlərin sürətlənəcəyinə diqqət çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 2 il ərzində 14 milyon suriyalı öz ölkələrinə dönəcək.

"2 il ərzində 14 milyon suriyalının ölkələrinə dönəcəyinə əminəm. Yalnız 1 və ya 1,5 milyonu dönməyəcək. Dövlət zəifdirsə, o ölkənin vətəndaşları da güclü ola bilməz. Sözümüzə sadiq qalmalıyıq. Dövlət quruculuğunda prioritetlərimiz olacaq. Suriyalılar indi hər yerdə başlarını dik tuturlar. Biz tarixin gedişatını dəyişdik" , - deyə yeni lider bildirib

Seçilən
10
operativmm.az

1Mənbələr