AZ

ADSEA 15 ədəd ekskavatora 2,6 milyon manat sərf edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)tabeliyindəki Regional Su Meliorasiya Xidməti yeni təkərliekskavatorlar alır.

Trend-inməlumatına görə, alınacaq nəqliyyat vasitələrinin sayı 15ədəddir.

Məlumata görə, onların 2024-cü il istehsallı və istifadəedilməmiş olması əsas şərtlərdəndir.

Qeyd olunub ki, iddiaçı tәklif olunan avadanlığın rәsmi dileriolmalıdır. Həmçinin, bildirilib ki, iddiaçı Azәrbaycanda әn azı 1xidmәt mәrkәzinә sahib olmalı vә ya ondan istifadә etmәlidir.

Bununla yanaşı, iddiaçı tәrәfindәn tәklif olunan ekskavatoryüklәyicisi ISO 3471 (ROPS) vә ISO 3449 (FOPS) sertifikatlarınamalik olmalıdır. Bununla әlaqәdar iddiaçı tәklif olunanekskavatorda istehsalçı tәrәfindәn verilmiş, tәklif olunan malınyuxarıda qeyd olunan sertifikatlara malik olmasını sübut edәnsәnәd(lәri), tәdarük edilәn mәhsulun isә uyğunluğu tәsdiq edәnmüvafiq mebelә malik olmasını sistem vasitәsilә tәqdimetmәlidir.

Regional Su Meliorasiya Xidmətinə sözügedən nəqliyyatvasitələrini “Tegeta Motors Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti(MMC) təhvil verəcək və bunun müqabilində şirkətə 2,6 milyon manatödəniləcək.

Seçilən
10
az.trend.az

1Mənbələr