13.01.2025-ci il tarixində saat 23:40 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
08:52
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Modern.az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.
Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.(APA)