AZ

"Real"ın apellyasiya şikayəti rədd edildi

İspaniya Kral Futbol Federasiyasının apellyasiya komitəsi "Real"ın hücumçusu Vinisiusun iki oyunluq diskvalifikasiyasını qüvvədə saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Hücumçu İspaniya çempionatının 12-ci turunda "Valensiya"nın qapıçısı Stol Dmitrievskini itələdiyi üçün qırmızı vərəqə alıb. Madrid klubunun nümayəndələri matç zamanı “yarasalar”ın qapıçısının Vinisiusu təxribata çəkdiyini iddia ediblər.

"Real" İdman İnzibati Məhkəməsinə də (TAD) müraciət edə bilər. Əks halda komandanın forvardı La Liqada "Las Palmas" və "Valyadolid"lə matçları buraxacaq.

Seçilən
5
2
publika.az

3Mənbələr