Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
News24.az Apa-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 2 "Opel", 3 "KamAZ" və 1 "Mercedes" markalı maşın toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
![](https://news24.az/uploads/posts/2025-01/67860c3051d3767860c3051d3917368381900d253aa4b5feab662786aaceb4f5a113.webp)
![](https://news24.az/uploads/posts/2025-01/67860c2fca57167860c2fca57217368381909744ddf428949076d595bd7242e9baea.webp)
![](https://news24.az/uploads/posts/2025-01/67860c2f663dd67860c2f663df173683819043f1efa7e09d452f87128d6d761aa8aa.webp)
![](https://news24.az/uploads/posts/2025-01/67860c2f25bcb67860c2f25bcc1736838190917327bf5c4e6f94667c969140d20827.webp)