AZ

Gəncədə Ekoloji Park Kompleksində abadlıq işlərinə 6,2 milyon ayrıldı

Bakı. Trend:

Gəncə şəhərində Əli Məmmədov küçəsində Ekoloji Park Kompleksininvə onun ətrafında abadlıq işlərinə (2-ci hissə) sərf olunacaqvəsaitin həcmi məlum olub.

Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı Gəncə şəhər MənzilKomunal Təsərrüfatı İstehsalat Birliyi hazırlıq işləriniyekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Gəncə Körpü Tikinti-2" AçıqSəhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 6,2 milyon manat ödəniləcək.

Qeyd edək ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınanEkoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıqişlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağsahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereyabinası daxildir. Ekoloji Park Kompleksinin ərazisində əyləncəmərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılmasıda planlaşdırılıb.

Seçilən
26
16
az.trend.az

10Mənbələr