Bakı, 14 yanvar, AZƏRTAC
Rusiyada Amur pələngi insana hücum edərək öldürüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hadisə Vladivostok şəhərindən təxminən 480 kilometr şimal-şərqdə, Dalnereçenski rayonunun Zimniki kəndi yaxınlığında baş verib.
Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.
Qeyd edək ki, Amur pələngi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan heyvan növlərindəndir.