AZ

Yüzlərlə İsrail hərbiçisi Qəzzada atəşkəs istəyib

Qəzza zolağında döyüşlərdə iştirak edən İsrail ordusunun 200-ə yaxın əsgəri atəşkəsə çağıran məktub imzalayıb...

Poliqon xəbər verir ki, bu barəfə Associated Press Agentliyi məlumat yayıb. Hərbçilər qərarlarını xüsusilə “etik sərhədləri pozan” əmrlərlə razılaşmamaları ilə izah ediblər.

Məktubu imzalayanlardan biri də 2023-cü ilin noyabrından zirehli korpusda zabit kimi xidmət edən İsrail hərbi zabiti Yotam Vilk olub. Hərbiçi deyib ki, o, əvvəlcə güc tətbiqinin HƏMAS-ı danışıqlar masasına oturmağa məcbur edə biləcəyini düşünüb, lakin müharibə uzanıb. Yotam Vilk bildirib ki, məktubu imzalamaq qərarına ən böyük təsir edən amil bir yeniyetmənin ölümü olub.

“O, daha böyük bir hekayənin bir hissəsi kimi öldü. Bizi fələstinliləri insan kimi qəbul etməməyə məcbur edən siyasətin bir hissəsi kimi...”, deyə AP hərbiçinin sözlərindən sitat gətirir.

Poliqon.info

Seçilən
2
1
poliqon.info

2Mənbələr