AZ

İsrailli nazirlər Netanyahunu təhdid etdi - "Bunu etsəniz, hökumət dağılacaq"

İsrail və HƏMAS arasında müzakirə edilən atəşkəs razılaşması artıq yekunlaşmaq üzrədir və bu gün ictimaiyyətə açıqlana bilər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Təhlükəsizlik Naziri Itamar Ben-Gvir HƏMAS ilə planlaşdırılan razılaşmanın qəbul ediləcəyi təqdirdə hökuməti çökdürməklə hədələyib.
 
Ben-Qvir razılaşmanı təslim olmaq kimi qiymətləndirərək \"Otzma Yehuditin tək başına buna mane olmaq gücü yoxdur. Baş nazirə birlikdə getməli və razılaşmanı təsdiq edəcəyi təqdirdə hökumətdən istefa verəcəyimizi bildirməliyik\" - deyə vurğulayıb.

Smotriç və Ben-Qvirin partiyaları son seçkilərdə ortaq siyahı ilə rəqabət aparsalar da, müstəqil hərəkət edirlər. Lakin son həftələrdə xüsusilə büdcə məsələlərində yaşanan gərginlik koalisiyadakı çatları daha da dərinləşdirmişdi.
 
Ben-Gvir hökuməti devirməyəcəyini ifadə edərək \"Bu əməkdaşlıq təslim razılaşmasının qarşısını almağın yeganə yoludur\" - deyə əlavə edib.

İsrailli nazirləri Netanyahunu hədələyiblər: 

Qəzzada girov saxlanılan israillilərin ailələri və tərəfdarları razılaşmaya dəstək olaraq Knesset qarşısında etiraz aksiyası keçiriblər.
  
Razılaşma çərçivəsində HƏMAS-ın birinci mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
 
Mikayıl
Seçilən
3
3
azxeber.com

10Mənbələr