İsrail və HƏMAS arasında müzakirə edilən atəşkəs razılaşması artıq yekunlaşmaq üzrədir və bu gün ictimaiyyətə açıqlana bilər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Təhlükəsizlik Naziri Itamar Ben-Gvir HƏMAS ilə planlaşdırılan razılaşmanın qəbul ediləcəyi təqdirdə hökuməti çökdürməklə hədələyib.
Ben-Qvir razılaşmanı təslim olmaq kimi qiymətləndirərək \"Otzma Yehuditin tək başına buna mane olmaq gücü yoxdur. Baş nazirə birlikdə getməli və razılaşmanı təsdiq edəcəyi təqdirdə hökumətdən istefa verəcəyimizi bildirməliyik\" - deyə vurğulayıb.
Smotriç və Ben-Qvirin partiyaları son seçkilərdə ortaq siyahı ilə rəqabət aparsalar da, müstəqil hərəkət edirlər. Lakin son həftələrdə xüsusilə büdcə məsələlərində yaşanan gərginlik koalisiyadakı çatları daha da dərinləşdirmişdi.
Ben-Gvir hökuməti devirməyəcəyini ifadə edərək \"Bu əməkdaşlıq təslim razılaşmasının qarşısını almağın yeganə yoludur\" - deyə əlavə edib.
İsrailli nazirləri Netanyahunu hədələyiblər:
Qəzzada girov saxlanılan israillilərin ailələri və tərəfdarları razılaşmaya dəstək olaraq Knesset qarşısında etiraz aksiyası keçiriblər.
Razılaşma çərçivəsində HƏMAS-ın birinci mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.