AZ

Somalidə 20 DEAŞ terroçusu öldürülüb

Somalinin Putland əyalətində təhlükəsizlik qüvvələri ilə DEAŞ terror təşkilatı üzvləri arasında baş verən qarşıdurmada 20 terrorçu öldürülüb. Putland təhlükəsizlik qüvvələrinin sözçüsü general Mohamed Mohamud Əhməd ''Əl-Miskad'' dağında təhlükəsizlik qüvvələri ilə DEAŞ terrorçuları arasında toqquşma baş verdiyini bildirib.

General Əhməd qarşıdurmada 2 əsgərin həyatını itirdiyini və 20 terrorçunun öldürüldüyünü açıqlayıb. DEAŞ terrorçularının pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edən Əhməd münaqişə bölgəsində 9 PUA-nın məhv edildiyini bildirib. O, həmçinin bölgədə nəzarətin bərpa olunduğunu vurğulayıb.



Seçilən
3
2
trt.net.tr

3Mənbələr