AZ

Deputatların şəhid ailələri ilə görüşü keçirilib - FOTO 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə yanvarın 14-də “Zəfər” İB-nin ofisində deputatlarla Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin ailə üzvlərinin görüşü keçirilib.
 
Modern.az xəbər verir ki, görüşdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, deputatlar Jalə Əliyeva, Mehriban Vəliyeva, Günay Ağamalı və Səbinə Xasayeva, eləcə də 25 şəhid ailəsinin üzvləri iştirak ediblər.

Səmimi və ehtiram dolu bir mühitdə keçən görüş zamanı şəhid ailələrinin üzvləri onları narahat edən məsələləri dilə gətirərək öz suallarını ünvanlayıblar.

Görüş iştirakçılarının fikirlərini diqqətlə dinləyən deputatlar, şəhid ailələrinin rifahının və onlara göstərilən qayğının dövlətimizin prioritetlərindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, görüş zamanı qaldırılan problemlərin həlli istiqamətində bütün mümkün dəstək göstəriləcək və bu məsələlərin həlli diqqət mərkəzində saxlanılacaq.  

Rəsmi hissədən sonra görüş çay süfrəsi arxasında davam edib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Seçilən
6
9
modern.az

10Mənbələr