AZ

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Yanvarın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclasın gündəliyinə MSK-nın yanvarın 8-də keçirilən iclasının protokolunun təsdiq edilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.

İclasda, həmçinin bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılır və cari məsələlər müzakirə edilir.

Seçilən
20
ikisahil.az

1Mənbələr