AZ

Bacısını bıçaqlayan qardaş hakim qarşısında

Bacısını bıçaqlayan qardaşın məhkəməsi başlayıb.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən şəxs Fuad Quliyev Ruhiyyə Əhmədovanın sağlamlığına qəsdən ağır xəsarət yetirib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən və zərərçəkənin anket məlumatları dəqiqləşdirilib. Sonda cinayət işinin məhkəmə baxışına təyin edilməsi ilə bağlı hakim tərəflərin mövqeyini öyrənib və cinayət işi məhkəmə baxışına təyin edilib. 

Qeyd edək ki, əslən Ağdam rayonundan olan zərərçəkən təqsirləndirilən şəxslə barışıb. 

Məhkəmə prosesi yanvar  ayının 28-nə təyin edilib.

Seymur Əli

Seçilən
13
1
unikal.az

2Mənbələr