AZ

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 milyon manatlıq emissiyası yerləşdirilib

Bakı,14 yanvar, AZƏRTAC

Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, istiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti Mərkəzi Bankı tərəfindən yanvarın 7-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon manat, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçirilib.

 

Seçilən
2
azertag.az

1Mənbələr