AZ

Vüqar Qurbanovdan yeni direktor təyinatı - FOTO

Ajans.az xəbər verir ki, yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib. N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib. 

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu gün N.Rəhmanovu kollektivə təqdim edib. 

Qeyd edək ki, bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb.

BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli vərəm əleyhinə dispanserlər, 1 və 2 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, Suraxanı Tibb Mərkəzinin 3 saylı Doğum evi, eləcə də tabeli tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib. 

Seçilən
8
28
Ajans.az

10Mənbələr