AZ

Slovaklar Ermənistana Aİ-də dəstək vəd edir

Ermənistan Avropa İttifaqında Slovakiyanın dəstəyinə arxalana bilər.

Oxu24.com xəbər verir  ki, bu barədə Slovakiyanın Aİ yanında Daimi Nümayəndəliyi bildirib.

“Slovakiyanın Aİ-dəki daimi nümayəndəsi Juraj Nociar Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan ilə Cənubi Qafqazda baş verən son hadisələri və Slovakiya ilə Ermənistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib”, - məlumatda deyilir.

Bundan əvvəl Avropa Komissiyası Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunvericilik təşəbbüsünü təhlil edəcəyini və onu Yerevanla müzakirə edəcəyini bildirmişdi.

Yanvarın 9-da Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Respublikanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.

 

Nigar

 

Seçilən
3
24
oxu24.com

10Mənbələr