"Rusiya tərəfi Ukrayna adlanan ölkə üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır".
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Biz indi Ukrayna adlanan ölkənin - Krım, Donbass və Novorossiyadan kənarda yerləşən və hələ özünü müəyyən etməmiş hissəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq”, -deyə Lavrov qeyd edib.
Lavrovun fikrincə, təhlükəsizliyin bu aspektində Avrasiya konteksti üstünlük təşkil edəcək.
Müəllif: Arzu