AZ

"Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq" - Lavrov

"Rusiya tərəfi Ukrayna adlanan ölkə üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz indi Ukrayna adlanan ölkənin - Krım, Donbass və Novorossiyadan kənarda yerləşən və hələ özünü müəyyən etməmiş hissəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq”, -deyə Lavrov qeyd edib.

Lavrovun fikrincə, təhlükəsizliyin bu aspektində Avrasiya konteksti üstünlük təşkil edəcək.


Müəllif: Arzu
Seçilən
7
teleqraf.com

1Mənbələr