AZ

Almaniya seçkilərə hazırlaşır: türk namizədlər də var – SİYAHI

Fevralın 23-də Almaniyada parlament seçkiləri keçiriləcək. Seçkilərdə artıq bir çox partiyalar namizədlərini açıqlayıb.

Hokm.az-ın məlumatına görə, artıq bir sıra türkiyəli şəxslər öz namizədliklərini veriblər.

Siyahını təqdim edirik:

– Aydan Özoğuz (SPD): Hamburqda anadan olub, 2009-cu ildən Bundestaqın üzvüdür və xüsusilə inteqrasiya və miqrasiya sahələri ilə maraqlanır.

– Hakan Demir (SPD): 2021-ci ildən Bundestaqın üzvüdür, sosial ədalət və inteqrasiyanın tərəfdarıdır.

– Gülistan Yüksel (SPD): 2013-cü ildən Bundestaqın üzvüdür, ailə və sosial siyasətlə məşğuldur.

– Nezahat Baradari (SPD): 2019-cu ildən Bundestaqın üzvüdür, səhiyyə və təhsil siyasətlə maraqlanır.

– Cem Özdemir (Bündnis 90/Die Grünen): Keçmiş partiya lideri və 2021-ci ildən Ərzaq və Kənd Təsərrüfatı üzrə Federal Nazir.

– Ekin Deligöz (Bündnis 90/Die Grünen):  1998-ci ildən Bundestaqın üzvüdür, ailə və təhsil siyasəti ilə maraqlanır.

– Sevim Dağdelen (Die Linke): 2005-ci ildən Bundestaqın üzvüdür.

-Gökay Akbulut (Die Linke): 2017-ci ildən Bundestaqın üzvüdür, inteqrasiya və miqrasiya məsələləri ilə maraqlanır.

Seçilən
2
3
hokm.az

4Mənbələr