Bank Avrasiya
İnformasiya Təhlükəsizliyi Qrupunun mütəxəssisi – Pentester
Son tarix 14 fev 2025 - [email protected]
Vəzifə və məsuliyyətlər:
- Veb proqram təminatlarında təhlükəsizlik boşluqlarını aşkar etmək.
- TOP 10 OWASP üzrə biliklərə əsaslanaraq təhlükəsizlik boşluqlarını aşkar edib risklərin təhlilini aparmaq.
- Active Directory Domain Services mühiti haqqında ətraflı biliklərə malik olmaq.
- Metasploit Framework, Kali Linux, Pentestbox, Burp, Sqlmap, Dirbuster, Acunetix, Netsparker, OWASP ZAP və s. üzrə bilik və istifadə bacarıqları.
- Şəbəkə və mobil tətbiqlərin təhlükəsizliyini qiymətləndirmək.
- PHP, Python, Powershell, C# və s. proqramlaşdırma dillərindən bir və ya bir neçəsi üzrə biliklərə sahib olmaq.
- Müxtəlif Linux distributivlərindən (CentOS, Fedora, Debian, Ubuntu və s.) anlayışa malik olmaq.
- Təhlükəsizlik testləri aparmaq və risk təhlilini müstəqil şəkildə yerinə yetirmək.
Tələb olunan bacarıqlar:
- OSCP, CEH, eMAPT, eWPT və digər əlaqəli sertifikatların olması üstünlükdür.
- Azərbaycan dili sərbəst, ingilis və ya rus dillərində ünsiyyət bacarığı.
- İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri sahəsində bakalavr pilləsində təhsilin olması
- İnformasiya təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi.
- Dəyişən təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün davamlı öyrənmə və özünü inkişaf etmə bacarığı.
- Komanda ilə işləmə bacarığı və kollektivdə effektiv əməkdaşlıq.
Xahiş olunur mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Qrupunun mütəxəssisi – Pentester vəzifəsini qeyd edib CV elektron poçt ünvanına göndərəsiniz.