AZ

Şamaxıda torpaq sürüşməsi aktivləşib

Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.

Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.

Seçilən
12
22
aznews.az

10Mənbələr