AZ

Əfqanıstan: ABŞ-la məhbus mübadiləsinə hazırıq

Əfqanıstan: ABŞ-la məhbus mübadiləsinə hazırıq

Əfqanıstan administrasiyası ABŞ-la məhbus mübadiləsinə hazır olduqlarını bildirsə də, ABŞ administrasiyası hələlik konkret addım atmayıb.Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi ilə bağlı Amu TV-yə danışıb.Mücahid mümkün məhbus mübadiləsi ilə bağlı danışıqların davam etdiyini, lakin hələlik müsbət nəticə vermədiyini deyib.Əfqan administrasiyasının məhbus mübadiləsinə hazır olduğunu, lakin ABŞ-ın heç bir konkret addım atmadığını bildirən Mücahid “Əfqanıstanda saxlanılan amerikalıların qarşılığında Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif etdik, lakin ABŞ hələ də tədbir görməyib" deyib.Qeyd edək ki, 2022-ci ildən Əfqanıstanda həbsdə olan Corc Qlezmann, Rayan Korbett və Mahmud Şah Həbibinin sərbəst buraxılması üçün tərəflər arasında təxminən 6 aydır danışıqlar aparılır.Daha əvvəl müxtəlif KİV-lərdə iki ölkə arasında Əfqanıstandakı həbsxanalarda saxlanılan ABŞ vətəndaşlarının Quantanamo həbsxanasında saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin müqabilində azadlığa buraxılması ilə bağlı danışıqların davam etdiyi bildirilirdi.

Seçilən
2
afn.az

2Mənbələr