"Rosselxoznadzor" dabaq xəstəliyinə görə Avropa İttifaqından Rusiya Federasiyasına donuzların idxalına qadağa qoyub.
"Unikal" xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
“Rusiya Federasiyasına ixrac edilən, son 12 ayda Aİ-də doğulub böyüyən, klassik donuz taunu və Aujeski xəstəliyinə qarşı peyvənd olunmamış, klinik cəhətdən sağlam damazlıq donuzların Aİ Üzv Dövlətlərinin təsərrüfatlarından və yaxud inzibati ərazilərindən gətirilməsi rəsmi olaraq qadağan edilir", - məlumatda deyilir.