AZ

Bu pizza alınmasın deyə baha qiymətə satılır

İngiltərənin Noric şəhərindəki restoranlardan biri Havay pizzasını heç kimin almaması üçün ona hədsiz qiymət qoyub.

Paralel.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Restoranın sahibi və işçiləri tərkibində ananas olan Havay pizzasına nifrət etdikləri üçün onu 100 funt-sterlinqə (təxminən 207 manat) satışa çıxarıblar.

Məkanın ortaq sahibi Fransis Volf "Ananaslı pizzanı görmək istəmirəm, mən oraya bu tropik vəbadan çox çiyələk qoymağı üstün tuturam" deyib.

Qeyd edək ki, 2017-ci ildə "YouGov" Havay pizzası ilə bağlı sorğu keçirib. Nəticədə məlum olub ki, britaniyalıların 53%-i pizzanın üzərindəki ananası sevir, 41%-i isə bu birləşmənin əleyhinədir.

Xatırladaq ki, Havay pizzasının ixtirası 1954-cü ildə 20 yaşında Yunanıstandan Kanadaya mühacirət edən və iki qardaşı ilə birlikdə Ontarioda bir neçə restoran işlədən Sem Panopoulosa aiddir. O, pizzanın adını istifadə etdiyi konservləşdirilmiş ananas markasına görə Havay qoyub.(axşam.az)

Seçilən
5
3
paralel.az

4Mənbələr