AZ

Kanadanın yeni baş naziri ukraynalı ola bilər... -FOTO- "CBC News"

Friland dekabrda baş nazirlə fikir ayrılığına görə hazırkı kabineti tərk edib...
 
Kanadanın keçmiş maliyyə naziri və baş nazirin müavini Kristia Friland Liberal Partiyasının lideri postuna namizədliyini irəli sürmək niyyətini açıqlaya bilər. O, bu vəzifəni tutsa, avtomatik olaraq baş nazir postunda Castin Trüdonu əvəz edəcək.
 
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb. 
 
Nəşr yazır ki, Friland öz niyyətlərini Vaşinqtonda ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl də açıqlayacaq.
 
Friland özü dekabr ayında baş nazirlə fikir ayrılığına görə kabineti tərk edib. Onun istefasından sonra Trüdonun istefaya getməsinə çağırışlar güclənib.
 
Daha sonra o, Castin Trüdonun ABŞ-Kanada münasibətləri üçün məhdud məsuliyyət daşıyan portfelsiz nazir vəzifəsini təklif etdiyi üçün istefa verməyə məcbur olduğunu izah edib.
 
O həmçinin Trüdonu iqtisadi siyasətinə görə tənqid edərək, onun "bahalı siyasi hiylələrlə" məşğul olduğunu söyləyib və Trampın Kanada mallarına təklif etdiyi tariflərə qarşı çıxmaq üçün əyalət başçıları ilə daha yaxından işləməsini tələb edib.
 
S.Laçın
Seçilən
6
1
moderator.az

2Mənbələr