Naxçıvanda Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.
Sportinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.
Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub. Qurum 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.
Əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı. Bunun əvəzində Naxçıvanda ümumrespublika federasiyalarının nümayəndəlikləri fəaliyyət göstərəcək.