1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya Batumidə fiziki hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Bildirilib ki, Batumidə "Şeraton" hoteldə fiziki zorakılığa məruz qalan Qaxariya klinikaya yerləşdirilib.
Hücum nəticəsində sabiq baş nazirin burnu sınıb.
Qeyd edək ki, G.Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın baş naziri olub.