AZ

Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

Image

Hüquq-mühafizə orqanları Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər. Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb. Dövlət başçısı qiyam təşkil etməkdə şübhəli bilinir.

Cənubi koreyalı müstəntiqlər ölkə Prezidenti Yun Sok Yolu həbs etmək üçün yerli vaxtla səhər saat 7:30-da onun iqamətgahına daxil olub. Cənubi Koreya televiziya kanalları müstəntiqlərin iqamətgaha daxil olmasını canlı yayımlayıb. Prezidentin təhlükəsizlik xidməti və hakim partiyanın deputatları mane olmağa çalışsa da, müstəntiqlər polisin dəstəyi ilə iqamətgaha girə biliblər.
Bundan başqa, sarayın ətrafına Prezident Yun Sok Yolu dəstəkləyən 7 minə yaxın adam toplaşıb. Polislərə prezidenti dəstəkləyənlər arasında fiziki toqquşmalar da olub. Hətta orta yaşlı bir qadının xəsarət aldığı bildirilir. Bu, ölkədə hərbi rejimin elanı ilə əlaqədar qiyama cəhd şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində dövlət başçısını saxlamaq üçün 2-ci cəhd idi.

Mətləb






Seçilən
5
9
baki-xeber.com

10Mənbələr